İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşib

İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşib Şahmat üzrə 2020-ci il İddiaçılar Turniri Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.
Fərdi
11 Noyabr , 2019 17:31
İddiaçılar Turnirinin keçiriləcəyi şəhər müəyyənləşib

Şahmat üzrə 2020-ci il İddiaçılar Turniri Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək.

“Report” xəbər verir ki, bununla bağlı Moskvada Beynəlxalq Şahmat Federasiyası (FIDE), Rusiya Şahmat Federasiyası və Sverlovsk Şahmat Federasiyası arasında saziş imzalanıb.

Yarış 15 mart – 5 apreldə baş tutacaq.

Qeyd edək ki, İddiaçılar Turnirinə 8 şahmatçı qatılacaq. Azərbaycan qrossmeysteri Teymur Rəcəbov, eləcə də amerikalı Fabiano Karuana, çinlilər - Van Xao və Dinq Liren yarışa vəsiqə qazanıblar. Turnirin qalibi Şahmat Tacı uğrunda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi