İddiaçılar turnirində XI tura yekun vurulub

İddiaçılar turnirində XI tura yekun vurulub Bakı. 24 mart. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün XI turun görüşləri keçirilib.
Fərdi
24 Mart , 2018 02:22
İddiaçılar turnirində XI tura yekun vurulub

Bakı. 24 mart. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə İddiaçılar Turnirində bu gün XI turun görüşləri keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov qara fiqurlarla ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb.

Tərəflər 41-ci gedişdə heç-heçəyə razılaşıblar - 0,5:0,5. Bununla da Məmmədyarov turnirdə 9-cu dəfə xalları yarı bölüb. Hələlik məğlub olmayan 33 yaşlı qrossmeysterin 2 qələbəsi var.

Lider Fabiano Karuana isə ağ fiqurlarla rusiyalı Vladimir Kramniklə heç-heçə edib. Bu nəticə ABŞ təmsilçisinə Məmmədyarovdan çox uzaqlaşmaq imkanı verməyib. Hazırda Karuana ilə azərbaycanlı şahmatçını yarım xal ayırır.

Turun daha 2 görüşü belə nəticələnib:

Din Lijen (Çin) - Aleksandr Qrişuk (Rusiya) - 0,5:0,5

Levon Aronyan (Ermənistan) - Sergey Karyakin (Rusiya) - 0:1

On bir turdan sonra turnir cədvəlinə 7 xalla Karuana başçılıq edir. Məmmədyarov 6,5 xalla 2-ci yerdə qərarlaşıb. Karyakin və Qrişuk hərəyə 6 xalla 3-4-cü yerləri bölüşür. Lijen 5,5 xalla 5-ci, Kramnik 5 xalla 6-cı, So 4,5 xalla 7-ci, Aronyan 3,5 xalla 8-cidir.

Son xəbərlər

Orphus sistemi