Yuxarı

Hüseyn Bolt 11 qat dünya çempionu oldu

Kişilər arasında 4x100 final estafeta yarışında yamaykalı sprinterlərin göstəricisi 37,36 saniyə təşkil edib

Bakı. 29 avqust. REPORT.AZ/ Yamaykalı sprinter Hüseyn Bolt Pekində keçirilən yüngül atletika üzrə Dünya çempionatında növbəti qızıl medalı qazanmağa müvəffəq olub. "Report" "Gazeta.Ru" saytına istinadən xəbər verir ki, kişilər arasında 4x100 final estafeta yarışında yamaykalı sprinterlərin göstəricisi 37,36 saniyə təşkil edib.

Gümüş medalı ABŞ təmcilciləri əldə edib (37,77 saniyə). Bürünc medalı sahibi isə Çin idmançıları olub (38,01 saniyə).

Beləliklə, Bolt 11 qat dünya çempionu olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi