Hüquqşünas: "Fuad Hacıyev kifayət qədər məhsuldar bir menecerdir"

Hüquqşünas: "Fuad Hacıyev kifayət qədər məhsuldar bir menecerdir" "Hər savadll azərbaycanlı bu məmləkətin gələcəyi və fəxridir"
Fərdi
263
18 Fevral , 2021 21:05
Hüquqşünas: Fuad Hacıyev kifayət qədər məhsuldar bir menecerdir

"Bu gün cənab Prezidentimizin islahat siyasətinin vacib hissəsi- işini bilən, vətəndaş məmnunluğu yaradan müasir kadrların düzgün yerləşdirilməsidi. Onların hər biri öz yerində hələ davranmalı və idərə prinsiplərinı həyata keçirməlidir ki, vətəndaşlarımız özlərini rahat, firavan və arxayın hiss etməlidirlər. Təhsil sahəsində bu daha önəmlidir".

"Report" xəbər verir ki, bu fikirləri hüquqşünas Elçin Nadirov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) rektoru Fuad Hacıyev barəsində danışarkən bildirib.

Onun sözlərinə görə, hər savadll azərbaycanlı bu məmləkətin gələcəyi və fəxridir: "Son illərin ən uğurlu menecment yanaşması bədən tərbiyəsi və idman akademiyası ilə bağlıdır. Şəffaflıq, tələbkarllq və keyfiyyət zənginliyi bu akademiyanı ölkəmizin müasir təhsil ocağına çevirib. İdman şəfadır, ölkənin fəxr və qüdrət mənbəyidir. Bu sahədə təmkinlə və vətəninə hədsiz bağlılığı ilə çalışan hər bir azərbaycanlı təqdirəlayiqdir. Otuz ildən çox tanıdığım Fuad Hacıyev kifayət qədər məhsuldar bir menecerdir. Davam eləsin ona göstərilən yüksək etimadı, bizdə buna uyğun dəyər verək".

Son xəbərlər

Orphus sistemi