Hidayət Heydərov Avropanın "Ən yaxşı gənc cüdoçu"su mükafatına layiq görülüb - FOTO

Hidayət Heydərov Avropanın "Ən yaxşı gənc cüdoçu"su mükafatına layiq görülüb - FOTO Azərbaycan cüdoçusu qitənin ən mötəbər yarışında birinci yeri tutan ən gənc idmançı olub
Fərdi
23 Aprel , 2017 20:18
Hidayət Heydərov Avropanın Ən yaxşı gənc cüdoçusu mükafatına layiq görülüb - FOTO

Bakı. 23 aprel. REPORT.AZ/ Polşanın paytaxtı Varşavada Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, tədbirdə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, Avropa Cüdo Birliyinin prezidenti Sergey Soloveyçik, federasiya və idman təşkilatlarının rəhbərləri, habelə Polşanın dövlət rəsmiləri iştirak ediblər.

Mərasimdə son vaxtlar Azərbaycan cüdosundakı inkişaf və qazanılan uğurlar da xüsusi qeyd edilib. Varşavada bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanan Hidayət Heydərov qitənin ən mötəbər yarışında birinci yeri tutan ən gənc cüdoçu olub. Cüdo Birliyinin rəhbəri Sergey Soloveyçik Azərbaycan cüdoçusuna "Avropanın ən yaxşı gənc cüdoçusu" mükafatını təqdim edib.

Son xəbərlər

Orphus sistemi