Hicablı döyüşçü aldığı zərbədən ölüb

Hicablı döyüşçü aldığı zərbədən ölüb İngiltərənin Sautgempton şəhərində qarışıq döyüş sənəti (MMA) üzrə həvəskar turnirdə ölüm hadisəsi baş verib.
Fərdi
19 Noyabr , 2019 12:29
Hicablı döyüşçü aldığı zərbədən ölüb

İngiltərənin Sautgempton şəhərində qarışıq döyüş sənəti (MMA) üzrə həvəskar turnirdə ölüm hadisəsi baş verib.

“Report”un “MMAJunkie” portalına istinadən məlumatına görə, İran əsilli qadın idmançı Səidə Alitaha “Fast and Furious Fight” adlı yarışda uduzduqdan sonra ağır zədə alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun həyatını xilas edə bilməyiblər. 

Təşkilatçılar 26 yaşlı döyüşçünün yaxınlarına başsağlığı veriblər. Şəhər polisi isə hadisə ilə bağlı araşdırmaya başlayıb.

Qeyd edək ki, Səidə Alitaha İranda doğulsa da, İngiltərədə yaşayıb. O, məşq və döyüşlərə hicabla çıxıb.

Son xəbərlər

Orphus sistemi