Həsrət Cəfərov: "Açılış mərasimində bayrağımızı çempion kimi daşımaq istəyirdim"

Həsrət Cəfərov: "Açılış mərasimində bayrağımızı çempion kimi daşımaq istəyirdim" "Ən çətin görüşüm finalda oldu. Buna baxmayaraq, qızıl medal qazandım. Çox sevincliyəm".
Fərdi
134
3 Sentyabr , 2021 18:54
Həsrət Cəfərov: Açılış mərasimində bayrağımızı çempion kimi daşımaq istəyirdim
Həsrət Cəfərov

"Ən çətin görüşüm finalda oldu. Buna baxmayaraq, qızıl medal qazandım. Çox sevincliyəm".

"Report"un Rusiyanın Kazan şəhərinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu I MDB Oyunlarında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) deyib.

Finalda qazaxıstanlı Qoşqar Məhəmmədə qalib gələn idmançı rəqibin qaydalar çərçivəsində güləşmədiyini bildirib: "Nə etmək olar? Qaydalardan kənara çıxa bilməzdim. Özümü yaxşı tərəfdən göstərib, çempion oldum".

O, qızıl medal uğrunda qarşılaşmada hakim ədalətsizliyi ilə üzləşdiyini söyləyib: "Birinci fəndim döşəyin içində olduğu üçün 4 xallıq idi. İkinci fənd isə döşəkdən kənarda oldu. Əslində o da 4 xalla qiymətləndirilməli idi. Amma hakimlər 2 xal verdi".

Bir neçə gün öncə Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatının qalibi olduğunu xatırladan Cəfərov Məhəmmədlə ilk dəfə üz-üzə gəldiyini deyib: "O, mənim finalda udduğum rəqibə uduzmuşdu. Mən də bunu gözləyirdim ki, açılış mərasimində bayrağımızı çempion kimi daşıyım. Allah mənə bunu nəsib etdi".

Qeyd edək ki, I MDB Oyunlarının açılış məraismi sentyabrın 4-də olacaq.

Son xəbərlər

Orphus sistemi