Hemilton Almaniya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

Hemilton Almaniya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub Mercedes komandasının pilotu və ümumi hesabda lider olan britaniyalı Lüis Hemilton Formula 1 maşınları sinifli avtomobil yarışları üzrə dünya çempionatının 11-ci mərhələsi - Almaniya Qran-prisinin təsnifatında ən yaxşı nəticə göstərib.
Fərdi
27 İyul , 2019 19:53
Hemilton Almaniya Qran-prisinin təsnifat mərhələsinin qalibi olub

"Mercedes" komandasının pilotu və ümumi hesabda lider olan britaniyalı Lüis Hemilton "Formula 1" maşınları sinifli avtomobil yarışları üzrə dünya çempionatının 11-ci mərhələsi - Almaniya Qran-prisinin təsnifatında ən yaxşı nəticə göstərib.

“Report” xəbər verir ki, 34 yaşlı britaniyalı ən yaxşı dairəsini 1 dəqiqə 11,767 saniyəyə keçib və bununla mövsümdə dördüncü poul- mövqeyini (karyerasında 87-ci) qazanıb.

"Ferrari"nin alman pilotu Sebastyan Fettel mühərrikin gücünü itirməsi səbəbindən sonuncu - 20-ci yeri tutub.

"Red Bull" komandasının hollandiyalı pilotu Maks Ferstappen ikinci (+0,346), Hemiltonun finlandiyalı komanda yoldaşı Valtteri Bottas (+0,362) üçüncü olub.

Almaniya Qran-prisi iyulun 28-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi