Həftənin oyunu: Şahmatçılar niyə heç-heçəyə razılaşırlar?

Həftənin oyunu: Şahmatçılar niyə heç-heçəyə razılaşırlar? “Report” beynəlxalq qrossmeysterlər Vasif Durarbəyli və Burak Fıratın növbəti yazısını təqdim edir...
Fərdi
176
11 Aprel , 2021 11:41
Həftənin oyunu: Şahmatçılar niyə heç-heçəyə razılaşırlar?

“Report” beynəlxalq qrossmeysterlər Vasif Durarbəyli və Burak Fıratın növbəti yazısını təqdim edir...

“Qrossmeyster bərabərliyi" bir çox şahmatsevərləri narahat edirdi. Buna görə bəzi təşkilatçılar belə heç-heçələrin əleyhinə qaydalarla çıxış etdilər. Ən məşhur və tanınmışlardan biri isə FIDE-nin əksər yarışlarında tətbiq olunan 30-cu gedişdən əvvəl bərabərlik təklifinin edilməməsi idi. Bu, görünüşdə yaxşı bir qayda kimi səslənə bilər, lakin məlum Ve4, Vd4 Berlin davamiyyəti kimi çirkin təkrarlamalara səbəb oldu. Belə halların Çempionlar Turunun son mərhələsində neçə dəfə baş verdiyini artıq xatırlamıram.

Bu qaydanın problemli tərəfi ondadır ki, heç-heçə etmək istəyən oyunçunu daha uzun oynamağa məcbur edir. Məqsəd yalnız heç-heçə etmək olduğu zaman oyunçuları 30 gediş etməyə vadar etməyin nə mənası var?!

Keçmişdə adətən belə olurdu ki, bir oyunçu heç-heçə istəsəydi, ya erkən təklif edər, ya da sadəcə, rəqibin hazırlığını yoxlayıb sonra heç-heçə təklif edərdi. Rəqib isə ya qəbul edər, ya da imtina edərdi. Təklif rədd olunsaydı, oyunçu rəqibinin ən azı məqsədini bilərdi. Bu da Həftənin Oyununun əsas mövzusu olan psixoloji mübarizə yaradır.

Azərbaycan xəbər agentliyi olan “Report”da son Çempionlar Turunun şərhləri zamanı qonaqlarımdan biri, beynəlxalq qrossmeyster Rauf Məmmədov oldu. Ondan bu qısa heç-heçə olan vaxt, xüsusən də əvvəlcədən razılaşdırılmış oyunlara qarşı nələrin edilməsi lazım olduğunu soruşdum. Məmmədov həll yolunun sadə olduğunu söylədi: xal sistemi qələbə üçün 1-dən 3-ə, heç-heçə üçün 0,5-dən 1-ə dəyişməlidir. Futbolda olduğu kimi. Bu, qələbə naminə mübarizə aparmaq üçün bir stimuldur.

Heç-heçənin əsas problemi qrossmeysterlərin əksəriyyətinin 1 qələbə və 1 məğlubiyyətin əvəzinə 2 heç-heçəyə üstünlük vermələridir. Səbəb sadədir: onlar məğlub olmağa nifrət edirlər. Ancaq xal sistemini dəyişdirsək, bu, vəziyyətə fərqli yanaşmaları təşviq edəcək. İqtisadiyyatda olduğu kimi, iştirakçıları təşviq edirsinizsə, işi yerinə yetirmək məcburiyyətində qalmırlar. Məcburiyyət həmişə son çarə olmalıdır.

Bəzi turnirlərdə hələ də 30 gediş qaydaları yoxdur və oyunun əvvəlində heç-heçə təklif etmək imkanı ilə daha çox fürsət olduğu üçün psixoloji döyüş baş verir. Məsələn, daha güclü oyunçu sizə özünüz üçün daha yaxşı hesab etdiyiniz mövqedə heç-heçə təklif etdikdə, oyunu qazanacağınızdan əmin deyilsinizsə, qəbul, yoxsa imtina qərarı verərdiniz?

14 yaşımda vacib oyun keçirdikdən sonra bir qayda ilə düşündüm və o vaxtdan bəri onu tətbiq edirəm. Daha yüksək reytinqli rəqib mənə heç-heçə təklif edəndə öz-özümə sual verirəm: Mənim səviyyəmə bənzər bir rəqib mənə təklif etsəydi, bu təkliflə razılaşardım? Cavabım müsbətdirsə, qəbul edirəm.

Həftənin Oyunu: Ibanyes Aullana, Ramon vs. Santoz Ruiz, Miguel

Ağ, demək olar ki, mükəmməl bir oyun oynadı və oyun davam etsəydi qalib gələ bilərdi, amma əvəzinə heç-heçə qəbul etdi.

(21) Ibanez Aullana,Ramon (2276) - Santoz Ruiz,Miguel (2592) [D38]

V Open Semana Santa Alicante (4), 01.04.2021

[Durarbəyli,Vasif]

1.d4 Af6 2.Af3 d5 3.c4 e6 4.Ac3 Fb4 5.cxd5 exd5 6.Fg5 h6 [6...Abd7 əsas davam yoludur.]

7.Fh4

g5 [Bu variant getdikcə məşhurlaşır. Sanki şah tərəfi zəiflətmək kimi görünür və Qaralar üçün daha pis olmalıdır. Lakin burada üstünlük qazanaq mümkün deyil.

8.Fg3 Ae4 9.Ad2 Axg3 10.hxg3 c6 11.Vc2 Şf8?! [Nadir gediş. Əvvəllər sadəcə bir dəfə oynanılıb.]