Həftənin oyunu: 81 gedişlik partiya

Həftənin oyunu: 81 gedişlik partiya "Report" beynəlxalq qrossmester Vahap Şanalın təhlil yazısını təqdim edir...
Fərdi
169
23 May , 2021 13:50
Həftənin oyunu: 81 gedişlik partiya

"Report" beynəlxalq qrossmester Vahap Şanalın təhlil yazısını təqdim edir...

Şahmat üzrə daha bir möhtəşəm yarış - Çin çempionatı bu həftə başlanır. Əminəm ki, qeyri-adi oyun göstərə bilən çoxlu unikal şahmatçılardan ibarət turnir aşağıdakı kimi xeyli maraqlı oyunları ortaya çıxaracaq.

Bugünkü görüş sadə bir nüansa fikir verməməyin yüksək səviyyəli oyunlarda çətinliklər yarada biləcəyinin ən yaxşı nümunəsidir. Təbii görünən gedişlər etməmək üçün istəklərimizi idarə etməli və şahmatın hər mövqedə bu qədər detalları olan mürəkkəb qarşılaşma olduğunu unutmamalıyıq.

Şahmatçı oyunlarında mükəmməllik hədəfləyirsə, hər mövqedə bu detallara diqqət yetirməli və diqqətlə araşdırmalıdır…

(25) Zhao,Jun (2638) - Yu,Yangyi (2709) [B51]

Chinese Championship chess24.com (2.6), 08.05.2021

[Sanal,Vahap]

1.e4 c5 2.Af3 Ac6 3.Fb5 e5 4.Ac3 [Əsas xətt c3–d4 planının ardınca gələn 4.0–0-dır, lakin bu qaydaya ötən il bir çox şahmatçular müraciət edərək, məşhurlaşdı. Zhao manevrli oyunu hədəfləyərək, daha az məşhur olan seçim edir]

4...d6 5.0–0 Af6 6.Te1!? [İlk dəfədən, bu gedişi anlamaq çətindir. Çünki e xətti bağlıdır və açılacağı gözlənilmir. Lakin məqsəd bu deyil, daha çox f1 xanasını boşaltmaqdır ki, b5-dəki filin və fil cütlüyünün təhlükəsizliyi təmin olunsun.]

6...Fe7?! [çox təbii görünən gediş, lakin ehtiyatlı. Yu Ağların fikrini ya görmədi, ya da dəyərləndirmədi və özünü çətin vəziyyətə saldı. Mövqe sadə görünür və fiqurları daha yaxşı vəziyyətə gətirmək, qala qurmaq olar. Amma əvvəl də qeyd edildiyi kimi, şahmat mürəkkəb oyundur və hər nüansı dərin düşünməyi tələb edir. Qaralar 6...a6 ilə başlamalı oldular.]