Bu həftənin ən yaxşı şahmat oyunu

Bu həftənin ən yaxşı şahmat oyunu "Fərziyyə" sözünü eşidən zaman ağıla mənfi bir məna gələ bilər
Fərdi
232
6 Fevral , 2021 12:56
Bu həftənin ən yaxşı şahmat oyunu

"Fərziyyə" sözünü eşidən zaman ağıla mənfi bir məna gələ bilər. Həyatımızın müəyyən hissəsində bir çoxumuza fərziyyələrdən və nəticələrə tələsməkdən qaçınmaq tövsiyə edilmişdir. Buna baxmayaraq, çox vaxt özümüz belə hiss etmədən ətrafımızda olan mürəkkəb dünyanı anlamaq üçün davamlı fərziyyələr etmişik və bu vərdiş artıq insanın təbiətinə çevrilmişdir.

Bəzən, yeni öyrənilən bir məlumat mövcud olan fərziyyəni pozduqda daxili bir ziddiyyət meydana çıxır. Bu baş verdikdə isə hər kəs belə bir dəyişikliyi qəbul etməyə və tez bir zamanda ona uyğunlaşmağa hazır olmur - ən azından real həyatda bu belədir.

Bu baxımdan şahmat mütəxəssisləri çox mütərəqqi olurlar. Onlar, yeni məlumatlara tez bir zamanda adaptasiya olmalı və əvvəlki fərziyyələrini düzəltməlidirlər. Əks halda növbəti qarşılaşmalarında cəza riski onları gözləyir.

Məsələn, əvvəllər top və piyadanın ata qalib gələcəyi məşhur nəzəriyyəsi var idi – hansı ki ikinci dünya çempionu Emanuel Lasker ilə o dövrün güclü oyunçusu Edvard Lasker arasındakı məşhur oyun bu fərziyyəyə meydan oxuyanadək:

Lasker, Emanuel vs. Lasker, Edvard

1/2-1/2 Nyu-York Beynəlxalq Turniri-01 Nyu-York 23 Mart 1924-cü il

93.Ab2 Şe4 94.Aa4 Şd4 95.Ab2 Tf3 96.Aa4 Te3 97.Ab2 Şe4 98.Aa4 Şf3 99.Şa3 Şe4 100.Şb4 Şd4 101.Ab2 Th3 102.Aa4 Şd3 103.Şxb3 Şd4+ ½–½

Hekayə belədir ki, oyundan sonra Edvard atın top və piyadaya qarşı heç-heçə edə biləcəyini heç düşünmədiyini söylədi! Günümüzdə hər bir şahmat ustası bu nümunə ilə tanışdır. Nəhayət, bu oyundan belə bir fərziyyə ortaya çıxdı ki, əksər hallarda top və piyada ata qarşı qalib gələ bilər. Lakin bu cür qələbə mövqeyində belə oyunçu atın istehkam quraraq və müdafiə etmə qabiliyyətinin fərqində olmalıdır.

Müasir dövrdə oyun artıq çox inkişaf etdiyindən şahmat anlayışımızda inqilab edən kəşflər etmək asan deyil. Nadir hallarda oyunçular fərziyyələrimizə meydan oxuyan bəzi yeni fikirlər ortaya qoyurlar.

Keçən həftə diqqətimizi çəkən belə bir məqam varıydı ki, dünyanın 2-ci ən yaxşı oyunçusu Fabiano Karuana Qədim Hind müdafiəsinin nadir variantına girdi və 2 at üçün 2 fildən imtina etdi. Ümumiyyətlə, 2 fil 2 at üzərində üstünlük hesab olunur, lakin burda Karuana filləri təsirsiz hala gətirmək üçün dinamik amillərdən istifadə etdi və nəticədə rəqibin ağ xanadakı fili oyunda fəal iştirak etmək fürsəti tapmadı.

Bu tvitdəki üz ifadəsinə baxsaq, görünür ki, Voytaşek bu ideyanın fərqində deyildi...

Buna baxmayaraq, Karuana bu qeyri-ənənəvi strategiyanı tətbiq edən ilk şəxs deyildi. Aşağıda göstərilən blits oyununda eyni məqam baş tutdu, baxmayaraq ki, nəticə Ağın lehinə idi:

Gubsky, Egor (2339) vs. Antipov, Mikhail Al (2567)

  1. RUS-ch blitz Sochi 17 Oct 2019 Round: 8 ECO: E94