Həbib Nurməhəmmədovun idmançı qohumu polisi vurduğu üçün saxlanılıb

Həbib Nurməhəmmədovun idmançı qohumu polisi vurduğu üçün saxlanılıb Rusiyalı MMA döyüşçüsü, yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun əmisi oğlu Usman Nurməhəmmədov saxlanılıb
Fərdi
12 Noyabr , 2021 12:19
Həbib Nurməhəmmədovun idmançı qohumu polisi vurduğu üçün saxlanılıb

Rusiyalı MMA döyüşçüsü, yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun əmisi oğlu Usman Nurməhəmmədov saxlanılıb.

"Report" xəbər verir ki, idmançı Kaspiysk şəhərindəki "Aeroport" keçid məntəqəsində polis əməkdaşını vurmaqda ittiham olunur.

O, dostu Kamal İdrisovla birlikdə “Şeremetyovo” hava limanında tutulub. Polis hər ikisi ilə təyyarədə qarşılaşıb.

İlkin məlumata əsasən, U.Nurməhəmmədovunu vurduğu polis orta dərəcəli xəsarətlər alıb və hazırda xəstəxanadadır. İdmançıya qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsi - Dövlət məmuruna qarşı zorakılıq tətbiqi ilə iş başlanılıb.

Son xəbərlər

Orphus sistemi