Həbib Nurməhəmmədovun atası koronavirusdan sağaldı

Həbib Nurməhəmmədovun atası koronavirusdan sağaldı Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirusdan sağalıb.
Fərdi
19 iyun 2020 05:19
Həbib Nurməhəmmədovun atası koronavirusdan sağaldı

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov koronavirusdan sağalıb. 

"Report"un məlumatına görə, bu barədə TASS-a döyüşçünün məşqçisi Xavyer Mendes məlumat verib. 

O bildirib ki, iyunun 15-də H.Nurməhəmmədov atasının sağalması barədə mesaj göndərib. Mendes bu barədə digər ortaq tanışları ilə də söhbət etdiyini sözlərinə əlavə edib: "Mənə dedi ki, Abdulmanap Nurməhəmmədov artıq koronavirus xəstəsi deyil. Keçirdiyi ürək əməliyyatı ilə bağlı ağırlaşmaları var. Əlbəttə, buna görə narahatam". 

Qeyd edək ki, Abdulmanap Nurməhəmmədov aprelin 25-də xəstəxanaya yerləşdirilib. 57 yaşlı məşqçi ürəyindən əməliyyat olunub. 

Son xəbərlər

Orphus sistemi