Həbib Nurməhəmmədovla Neyt Dias UFC 239 yarışı zamanı əlbəyaxa olublar

Həbib Nurməhəmmədovla Neyt Dias UFC 239 yarışı zamanı əlbəyaxa olublar Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt UFC 239 yarışı zamanı təşkilatın idmançıları Həbib Nurməhəmmədovla Neyt Dias arasında qarşıdurma faktını təsdiqləyib.
Fərdi
365
10 İyul , 2019 03:41
Həbib Nurməhəmmədovla Neyt Dias UFC 239 yarışı zamanı əlbəyaxa olublar

Mütləq Döyüş Çempionatının (UFC) prezidenti Dana Uayt UFC 239 yarışı zamanı təşkilatın idmançıları Həbib Nurməhəmmədovla Neyt Dias arasında qarşıdurma faktını təsdiqləyib.

“Report” xəbər verir ki, bu barədə “Low Kick MMA” bildirib.

"Həbib Nurməhəmmədov və Neyt Dias dalaşdılar. Biz dava edənləri sakitləşdirdik və Qilbert Melendesin döyüşündən sonra Dias getdi. Bu iki nəfər bir-birlərindən iki cərgə aralıda dayanmışdılar, sonra davaya başladılar, biz ayırdıq”,- deyə o bildirib.

Dana Uayt baş verənləri pisləyib.

Şahidlərin dediyinə görə, UFC 239 yarışı zamanı Neyt Dias Nurməhəmmədovun olduğu sektora gəlib. Nəticədə döyüşçülərin komandaları arasında toqquşma başlayıb.

Son xəbərlər

Orphus sistemi