Həbib Nurməhəmmədov rəqibinə qarşı istifadə edəcəyi fəndləri açıqladı

Həbib Nurməhəmmədov rəqibinə qarşı istifadə edəcəyi fəndləri açıqladı Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov gələcək rəqibi Castin Qetjini boğmaq üsulu ilə məğlub etmək istədiyini etiraf edib.
Fərdi
2 Oktyabr , 2020 05:35
Həbib Nurməhəmmədov rəqibinə qarşı istifadə edəcəyi fəndləri açıqladı
Həbib Nurməhəmmədov
0 : 00
0 : 00

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov gələcək rəqibi Castin Qetjini boğucu üsulla məğlub etmək istədiyini etiraf edib.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

"Mənim arsenalımda hələ sol əllə etdiyim “gilyotin” fəndi də var.. Bilmirəm, müvəffəq olacam ya yox, amma məşqlərdə onu edirəm.

Mənim hələ çox yaxşı kimur üsulum (ingiliscə “kimura”, - ən çox geniş yayılmış döyüş üsullarından biri- red) var. Rəqibin qarnı üstündə oturursan, onu dirsəklə vurursan və əgər kürəyini yerə versə, onda onu boğa bilərsən”.

“Ümumiyyətlə, mənim çox üsulum var, hamısını sınaqdan keçirmək maraqlıdır. Hesab edirəm ki, UFC hələ tamamilə açılmayıb, nəyə qadir olduğumu bilirəm. Üçüncü raundda “gilyotin” fəndindən istifadə etmək istərdim", - idmançı bildirib.

Döyüş oktyabrın 24-də baş tutacaq.

Son xəbərlər

Orphus sistemi