Həbib Nurməhəmmədov Konor Makqreqoru ikiüzlü adlandırıb

Həbib Nurməhəmmədov Konor Makqreqoru ikiüzlü adlandırıb Mütləq döyüş çempionatının (UFC) rusiyalı çempionu Həbib Nurməhəmmədov keçmiş rəqibi Konor Makqreqorun növbəti təhqirlərinə cavab verib.
Fərdi
3 aprel 2019 18:58
Həbib Nurməhəmmədov Konor Makqreqoru ikiüzlü adlandırıb

Mütləq döyüş çempionatının (UFC) rusiyalı çempionu Həbib Nurməhəmmədov keçmiş rəqibi Konor Makqreqorun növbəti təhqirlərinə cavab verib.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə o, özünün "Twitter" səhifəsində yazıb.

"Zorakısan, sən zorakısan (zorakılıq edənsən-red). Sən ikiüzlüsən, hansı ki, hərəkətlərinə cavab vermir. Biz görəcəyik, ədalət səni necə tapacaq", - deyə Nurməhəmmədov "Twitter"də yazıb.

Qeyd edək ki, bundan əvvəl Makqreqor sosial şəbəkədə Nurməhəmmədovun həyat yoldaşını təhqir edib. Lakin o, sonra statusunu tez silib.

Ötən ilin 6 oktyabrında Nurməhəmmədov boğucu üsulla Makqreqora qalib gəlib və UFC titulunu qoruyub.

Qeyd edək ki, İrlandiya polisi idmançı Konor Makqreqora qarşı irəli sürülmüş seksual zorakılıq ittihamı ilə bağlı araşdırma aparır. 

Son xəbərlər

Orphus sistemi