Həbib son döyüşünü bu idmançıya qarşı keçirə bilər

Həbib son döyüşünü bu idmançıya qarşı keçirə bilər Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov peşəkar karyerasının son döyüşünü kanadalı Jorj Sen-Pyerə qarşı keçirə bilər.
Fərdi
8158
28 İyul , 2020 10:54
Həbib son döyüşünü bu idmançıya qarşı keçirə bilər
0 : 00
0 : 00

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov peşəkar karyerasının son döyüşünü kanadalı Jorj Sen-Pyerə qarşı keçirə bilər.

"Report"un məlumatına görə, bu barədə UFC-nin prezidenti Deyna Uayt ESPN nəşrinə açıqlamasında deyib.

O bildirib ki, irlandiyalı döyüşçü Konor Makqreqor da Nurməhəmmədovla revanş görüşü istəyir: "Bilmirəm, bunu təşkil etmək mümkün olacaq, ya yox. Çünki, Konor karyerasını bitirib. Görək, hər şey necə bitəcək. Əlbəttə, bu, Həbibin sonuncu döyüşü olacaqsa, Sen-Pyer variantı da mümkündür. O, döyüş sənətində, idmanda özünü yaxşı göstərdi. Həbibi çox sevirəm, ona görə də istədiyini təşkil etməyə hazıram".

Qeyd edək ki, indiyədək 28 döyüş keçirən Həbib Nurməhəmmədov 30 görüşdən sonra karyerasını başa vuracağını deyib. Bu mənada, Sen-Pyerlə qarşılaşma onun üçün sonuncu ola bilər.

Həbibin növbəti rəqibi ABŞ təmsilçisi Castin Geyci olsa da, meneceri Rizvan Maqomedov rusiyalı idmançının bu görüşdə iştirak etməyəcəyini açıqlayıb.

Daha əvvəl Abu-Dabidəki turnirdə hər iki döyüşçü arasında görüşün keçiriləcəyi planlaşdırılırdı. İyulun 3-də Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov dünyasını dəyişdiyindən, bu qarşılaşma təxirə salınıb.

Castin Geyci yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir. O, mayda həmyerlisi Toni Ferqyusonu məğlub edib. 31 yaşlı idmançı keçirdiyi görüşlər ərzində 22 qələbə qazanıb, 2 dəfə uduzub. Nurməhəmmədov isə 28 qarşılaşmanın heç birində uduzmayıb.

Orphus sistemi