Həbib Nurməhəmmədov gənc döyüşçülərə müraciət edib

Həbib Nurməhəmmədov gənc döyüşçülərə müraciət edib Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov Nijni Novqorodda gənc döyüşçülərlə görüş keçirib.
Fərdi
21 Dekabr , 2020 03:12
Həbib Nurməhəmmədov gənc döyüşçülərə müraciət edib
Həbib Nurməhəmmədov
0 : 00
0 : 00

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov Nijni Novqorodda gənc döyüşçülərlə görüş keçirib.

Bu barədə “Report” Rusiya mətbuatına isitinadən xəbər verir.

Gənc həmkarlarına məsləhətlər verən idmançı bildirib ki, oxumaq zəruridir. “Təhsili unutmamaq lazımdır, çünki beyin əzələlərdən daha yaxşıdır”, - deyə o vurğulayıb.

"Siz küçədə, məktəbdə və ya hardasa döyüş bacarıqlarınızı tətbiq edə bilmirsiniz. Siz onları istisna hallarda özünümüdafiə, ailəni və ya kimisə qorumaq üçün tətbiq edə bilərsiniz", - Həbib Nurməhəmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi