Hamburqda Azərbaycanın daha bir boksçusu mundialın yarımfinalına yüksəlib

Hamburqda Azərbaycanın daha bir boksçusu mundialın yarımfinalına yüksəlib Bu, ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovdur
Fərdi
30 Avqust , 2017 00:15
Hamburqda Azərbaycanın daha bir boksçusu mundialın yarımfinalına yüksəlib

Bakı. 30 avqust. REPORT.AZ/ Almaniyanın Hamburq şəhərində kişilər arasında keçirilən dünya çempionatında Azərbaycanın daha bir boksçusu yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, bu, ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidovdur.

31 yaşlı idmançı 1/4 finalda fransalı Camili-Dini Abudu-Moindzedən üstün olub. Döyüşün yekununda Məcidov hakimlərin qərarı ilə qalib elan edilib - 3:2. Onun yarımfinaldakı rəqibi avstraliyalı Jozef Qudol olacaq. Döyüş sentyabrın 1-də keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Kamran Şahsuvarlı (75 kq) da yarımfinala yüksəlib. O, avqustun 31-də qazaxıstanlı Abilxan Amankulla qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi