Hacı Əliyev virtual yarışın yarımfinal mərhələsinə yüksəldi

Hacı Əliyev virtual yarışın yarımfinal mərhələsinə yüksəldi Dünya Güləş Birliyinin (UWW) Instagram səhifəsində dünyanın ən tanınmış 16 sərbəst güləşçisi arasında virtual yarış davam edir.
Fərdi
252
13 İyun , 2020 12:38
Hacı Əliyev virtual yarışın yarımfinal mərhələsinə yüksəldi

Dünya Güləş Birliyinin (UWW) "Instagram" səhifəsində dünyanın ən tanınmış 16 sərbəst güləşçisi arasında virtual yarış davam edir.

"Report"un məlumatına görə, onlayn turnirə adı salınan Azərbaycanın 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev 1/4 finalda italiyalı rəqibi Frank Çamizoya qalib gələrək yarımfinala adlayıb.

29 yaşlı idmançı finala yüksəlmək üçün ABŞ-ın 74 kq-da olimpiya və dünya çempionu Cordan Barrouza qalib gəlməlidir. Səsvermədə hələ ki Əliyev öndədir.

Qeyd edək ki, sonda ən çox səs toplayan güləşçi qalib olacaq.

Son xəbərlər

Orphus sistemi