Hacı Əliyev: "İlk dəqiqələrdə barmağım çıxdı, komandaya kömək edə bilmədim" - VİDEO

Hacı Əliyev: "İlk dəqiqələrdə barmağım çıxdı, komandaya kömək edə bilmədim" - VİDEO "Final görüşünə qələbə qazanmaq üçün çıxmışdım"
Fərdi
11 Aprel , 2018 07:52
Hacı Əliyev: İlk dəqiqələrdə barmağım çıxdı, komandaya kömək edə bilmədim - VİDEO
Hacı Əliyev

Bakı. 11 aprel. REPORT.AZ/ "Final görüşünə qələbə qazanmaq üçün çıxmışdım. Lakin ilk dəqiqələrdə barmağımın çıxmağı, gücümü bir az azaltdı, yenə də, mübarizəni davam etdirmək istəyirdim. Lakin çox təəssüflər olsun ki, komandaya kömək edə bilmədim".

Bu sözləri Azərbaycanın sərbəst güləş yığmasının Dünya Kubokunda ikinci yeri tutmasına münasibət bildirən üçqat dünya çempionu Hacı Əliyev "Report"a açıqlamasında deyib.

O, ikinci yeri tutmağı komanda üçün nailiyyət kimi qiymətləndirib:

"Biz sonuncu dəfə 2012-ci ildə Bakıda Dünya Kubokunda ikinci yeri tutmuşduq. Ondan sonra neçə il idi ki, heç finala da çıxa bilmirdik. Şükürlər olsun ki, bu baş verdi. Komandamızın heyətində gənc idmançılarımız həqiqətən çox yaxşı güləşdilər: Əfqan, Coşqun. Məncə bu idmançılar gələcəkdə heyətə tam uyğunlaşacaqlar. Öz çıxışıma gəldikdə isə, düzdür, səhhətimdə bəzi problemlər var idi. Lakin komandaya kömək etməli idim. Əlimdən gələni etdim. Həm də məndə yeni çəki dərəcəsi olduğu üçün, fiziki cəhətdən bir az çətinlik çəkirəm. Bununla belə, final görüşünə qələbə qazanmaq məqsədi ilə çıxmışdım. İlk dəqiqələrdə barmağımın çıxmağı, bir az gücümü azaltdı, mübarizəni davam etdirmək istəyirdim. Lakin çox təəssüflər olsun ki, komandaya kömək edə bilmədim".

Son xəbərlər

Orphus sistemi