Hacı Əliyev: “Ən güclü rəqiblərimiz İran, Türkiyə güləşçiləri idi, şükür, qalib gəldim”

Hacı Əliyev: “Ən güclü rəqiblərimiz İran, Türkiyə güləşçiləri idi, şükür, qalib gəldim” “Hədəfimiz qızıl medal qazanmaq idi. Ən güclü rəqiblərimiz İran, Türkiyə güləşçiləri idi. Şükür, iranlı rəqibimə qalib gəldim. Çətinliyim olsa da qələbə qazandım”.
Fərdi
16 Avqust , 2022 08:03
Hacı Əliyev: “Ən güclü rəqiblərimiz İran, Türkiyə güləşçiləri idi, şükür, qalib gəldim”

“Hədəfimiz qızıl medal qazanmaq idi. Ən güclü rəqiblərimiz İran, Türkiyə güləşçiləri idi. Şükür, iranlı rəqibimə qalib gəldim. Çətinliyim olsa da qələbə qazandım”.

“Report” xəbər verir ki, bunları Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 65 kq çəki dərəcəsində çempion olan sərbəst güləşçi Hacı Əliyev deyib.

“Mən ikinci dəfədir İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıram. İslam Həmrəyliyi Oyunları doğrudan da yaxşı, eyni zamanda çətin yarışlardan biridir. Güləşçilər bu dəfə də çoxlu sayda medal qazanaraq öz sözlərini dedilər”, - H.Əliyev vurğulayıb.

“Son hədəfimiz bu il keçiriləcək güləş üzrə dünya çempionatında qalib gəlməkdir. Əsas hədəflərdən biri habelə Fransada keçiriləcək Olimpiadada yaxşı nəticə qazanmaqdır”, - sərbəst güləşçi qeyd edib.

Son xəbərlər

Orphus sistemi