Gürcü idmançı girov müqabilində azadlığa buraxıldı - YENİLƏNİB

Gürcü idmançı girov müqabilində azadlığa buraxıldı - YENİLƏNİB Tbilisi Şəhər Məhkəməsi keçmiş həyat yoldaşına qarşı zorakılıqda ittiham olunan tennisçi Nikoloz Basilaşvili ilə bağlı qərar qəbul edib.
Fərdi
24 May , 2020 14:15
Gürcü idmançı girov müqabilində azadlığa buraxıldı - YENİLƏNİB

Tbilisi Şəhər Məhkəməsi keçmiş həyat yoldaşına qarşı zorakılıqda ittiham olunan tennisçi Nikoloz Basilaşvili ilə bağlı qərar qəbul edib.

“Report”un yerli bürosu xəbər verir ki, qərarla idmançı 100 min lari (32 min ABŞ dolları) məbləğində girov müqabilində azadlığa buraxılıb.

Gürcüstanın Baş Prokurorluğu N. Basilaşvilinin həbsini tələb edib.

Tennisçinin vəkili İrma Çkadua iddia edib ki, müdafiə etdiyi şəxs heç bir cinayət törətməyib və sübut da yoxdur.

İdmançı girovu 30 gün ərzində ödəməlidir.  


13:12***

Gürcüstanın ən tanınmış idmançılarından biri Nikoloz Basilaşvili saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, tennisçi keçmiş həyat yoldaşına qarşı fiziki güc tətbiq etməkdə ittiham olunur.

N.Basilaşvili mayın 22-də saxlanılıb. Hadisədə idmançının atasının da adı hallanır.

Yayılan məlumatlara əsasən, N.Basilaşvili və atası mayın 21-də tennisçinin keçmiş həyat yoldaşına zor tətbiq ediblər. İdmançının azyaşlı uşağı hadisənin şahidi olub.

Tbilisi Şəhər Məhkəməsində tennisçi ilə bağlı işə baxılır. 

Son xəbərlər

Orphus sistemi