Gürcüstanı “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalında 36 idmançı təmsil edəcək

Gürcüstanı “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalında 36 idmançı təmsil edəcək Gürcüstanı “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında 6 idman növü üzrə 36 idmançı təmsil edəcək.
Fərdi
18 İyul , 2019 09:53
Gürcüstanı “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalında 36 idmançı təmsil edəcək

Gürcüstanı “Bakı-2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında 6 idman növü üzrə 36 idmançı təmsil edəcək.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, gürcü idmançılar üzgüzülük, tenis, velosipedsürmə, atletika, cüdo, sərbəst və Yunan-Roma güləşində yarışacaqlar.

Gürcüstan komandasına ən çox cüdo üzrə idmançılar (15 nəfər), ən az isə üzgüçülük və tennis üzrə idmançılar daxildir. Bu idman növlərində Gürcüstanı hər biri üzrə 3 idmançı təmsil edəcək.

Festivalda iki gürcü hakim də akkreditasiyadan keçib. Bunlar güləş üzrə Mixeil Qrdzelidze və idman gimnastikası üzrə Besarion Qamsaxurdiadır.

Qonşu ölkənin nümayəndə heyətində 11 nəfərdən ibarət rəsmi, inzibati və məşqçi heyət də təmsil olunub.

“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalında Gürcüstanın olimpiada nümayəndə heyətinin bayraqdarı cüdoçu Giqa Tatiaşvili olacaq. 

Son xəbərlər

Orphus sistemi