Tbilisi. 26 yanvar. REPORT.AZ/ Gürcüstan Milli Olimpiya Komitəsinə (MOK) 2013-cü il dekabrın 23-də keçirilmiş seçkinin nəticələri etibarsız sayılıb.
"Report"un "Lelo" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Tbilisi Məhkəməsinin Mülki İşlər Kollegiyası qərar qəbul edib.
İşə MOK prezidentliyinə namizəd İrakli Medzmariaşvilinin iddiası əsasında baxılıb. 23 dekabr seçkisində qurumun hazırkı prezidenti Leri Xabelov qalib gəlib. O, 78 səsin 57-yə nisbəti ilə seçilib. Seçkidə 136 nümayəndədən 135-i iştirak edib. Namizədlər isə Xabelovla Medzmariaşvili olub.
Məhkəmənin qərarına əsasən, MOK seçkiyədək olan vəziyyətinə qayıdıb. 23 dekabrdan sonra qəbul olunmuş bütün qərarlar isə etibarsız sayılıb. Hökm MOK-a göndərilib. İddia isə nümayəndələrin qeydiyyat qaydaları ilə əlaqədar olub.