Yuxarı
    Bağlamaq

    Gülhüseyn Abdullayev: "Bakı Şəhər Halqası pilotlar üçün gərgin keçəcək"

    Pilotlar güclü Bakı küləyini nəzərə almalıdırlar

    Bakı. 23 fevral. REPORT.AZ/ "F1 Avropa Qran-Pri"sininin ilk rəsmi elçisi və "Formula 3" yarışlarında Azərbaycanı təmsil edən gənc pilot Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasının mətbuat xidmətinə müsahibə verib. "Report" həmin müsahibəni təqdim edir. 

    - Siz “Formula Gulf 1000” yarışlarından bir neçəsində qələbə qazandınız. Bu sizin üçün nə deməkdir?

    - Bu seriyada qələbə mənim üçün çox böyük əhəmiyyət kəsb edir. Belə ki, bütövlükdə bu mənim "Formula 1" karyeramda müsbət bir başlanğıcdır. Yeni mövsümün ilk yarışlarında podyumda birinci olmağım ətrafımda olan hər kəsi çox sevindirdi.

    - Yeni mövsümdə iştirak edəcəyiniz “Avropa Formula 3” avtomobilləri “Formula Gulf 1000” avtomobillərindən nə ilə fərqlənir?

    - Əslində, bu avtomobillər arasında fərq çox böyükdür. F3 seriyalı avtomobillər daha sürətli və sərt olması ilə seçilir. “Formula Gulf 1000” seriyalı avtomobillər Avropa seriyalı olanlardan yumşaqlığı ilə fəqlənir. Bu, əsasən sükan və əyləc sistemində daha çox hiss edilir.

    - Mövsümə hazırlığınız necə davam edir?

    - Hər şey planlaşdırdığımız kimi davam edir. Biz mövsüm öncəsi test yürüşlərimizi uğurla başa vurduq və artıq qış testlərinə tam hazırıq. Həmçinin fiziki hazırlığıma da fikir verirəm. Hər şey qaydasındadır.

    - "Formula 1" yarışında ən çox sevdiyiniz pilot kimdir və nə üçün?

    - Mənim ən çox sevdiyim pilot Ayrton Sennadır. Ola bilər o, çempionluq tarixində çoxlu sayda yarış qazanmayıb, amma əldə etdiyi üç çempionluq titulu möhtəşəm və dramatik idi. O bu günədək keçirilmiş F1 yarışlarının ən yaxşı pilotu hesab olunur. O, həmçinin yarış xaricində Braziliya əhalisinə dəstək olduğu və köməklik göstərdiyi üçün də yaxşı bir insan kimi tanınır.

    - Yeni mövsümdə qarşınıza hansı məqsədi qoymusunuz?

    - Bu mövsümdə daha çox təcrübə qazanmağı qarşıma məqsəd qoymuşam. Həmçinin yeni başlayanlar sırasında podyumda ilkin yerləri qazanmağı planlaşdırıram. Digər pilotlarla müqayisədə mən bir az təcrübəsizəm, lakin əlimdən gələn hər şeyi etməyə çalışacağam.

    - Bu il əsas rəqib olaraq kimi görürsünüz? Avropa Formulasında iştirak edəcək pilotlar haqqında nə deyə bilərsiniz?

    - Bu il Avropa Formulasında rəqabət çox yüksək səviyyədə olacaq. “FİA Formula 3” seriyasından bir neçə komanda bu yarışa qatılacaq. Mübarizə çox maraqlı olacaq. Hesab edirəm ki, mənim əsas rəqimlərim Avropa Formulasına keçən digər debütantlar olacaq.

    - Ən sevdiyiniz trek hansıdır? (Əlbəttə, Bakı Şəhər Halqasından başqa)

    - Mənim ən sevdiyim trek Belçikada yerləşən Spa-Frankorşam trekidir. Bu trek uzun olmasına və “Eua Rouge” döngəsinə görə xoşuma gəlir.

    - Bakı Şəhər Halqası haqqında nə deyə bilərsiniz? Trekin hansı hissəsi sizin üçün daha möhtəşəm görünür?

    - Bakı Şəhər Halqası çox möhtəşəmdir və burada yarış pilotlar üçün gərgin keçəcək. Əsasən 8 və 9-cu döngəni xüsusi ilə qeyd etmək istərdim. Pilotların bu döngələrdəki mübarizəsini izləmək çox maraqlı olacaq. Həmçinin pilotlar güclü Bakı küləyini nəzərə almalıdırlar. Çünki belə halda bolidləri idarə etmək çətin olacaq.

    - Avropa Qran-Prisinə gəlmək istəyən "Formula 1" azarkeşlərinə nə dəmək istərdiniz?

    - Bakı Şəhər Halqası Spa-Frankorşam trekindən sonra ən maraqlı və ən çox gözlənilən trek olacaq. Mən bu yarışı səbirsizliklə gözləyirəm və əminəm ki, Avropa Qran-Prisi ən yadda qalan bir yarış kimi "Formula 1" tarixinə keçəcək.

    - "Formula 1" yarışı sizin üçün nə düməkdir?

    - "Formula 1" yarışı mənim üçün həyat tərzi deməkdir. Biz yalnızca trekdə deyil, həyatda da rəqabət aparırıq. Biz zamanla mübarizə aparırıq və hər birimiz həyatda ən çox arzuladığımız hədəflərə nail olmaq üçün çalışırıq. Buna görə yarış bir həyatdır. Lakin peşəkar yarışlar uzun zamandır həvəsdən düşmədiyim işlərdən biridir, çünki mən bu işi çox sevirəm. Yarış zamanı qazandığım adrenalin məni bu idman növünü sevməyə vadar edir. Digər vacib məqam isə təhlükədir. "Formula 1" yarışları hələ də həyat üçün təhlükəli olaraq qalır və bu səbəbdən pilotlar daha çox hörmətə layiqdir.

    - Uşaqlıq illərində kumiriniz kim olub?

    - Mixail Şumaxer. Onun qələbələrini izləyərək bu idman növünü çox sevdim və Şumaxerə azarkeşlik etməyə başladım. Onun yazdığı tarixə şahid olmaq möhtəşəm hisslərdən biri idi. Ümumilikdə, Mixailin 7 titul qazanmasını, Sebastian Lebin WRC seriyasında 9 qat çempion olmasını və rusiyalı Valentinin 7 dəfə MotoGP yarışının ən güclüsü olduğunu gördüyümə görə özümü xoşbəxt sayıram. Hər onillikdə eyni pilotlara bu qədər qələbə nəsib olmur.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi