Güləşçimiz ermənini udub qızıl medal qazandı

Güləşçimiz ermənini udub qızıl medal qazandı O, finalda Rusiyanı təmsil edən erməni güləşçi Arsen Balayanla qarşılaşıb
Fərdi
1 May , 2021 13:23
Güləşçimiz ermənini udub qızıl medal qazandı
Cəbrayıl Hacıyev

Azərbaycanın sərbəst güləşçisi Cəbrayıl Hacıyev Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turnirində qızıl medal qazanıb.

Federasiyadan "Report"a verilən məlumata görə, 70 kq çəki dərəcəsində yarışan idmançı finalda Rusiyanı təmsil edən erməni güləşçi Arsen Balayanla qarşılaşıb. Rəqibini 5:3 hesabı ilə məğlub edən Hacıyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

65 kq-da çıxış edən Sabir Cəfərov isə finalda Danil Xarçilavaya (Rusiya) 0:5 hesabı ilə uduzaraq, gümüş medalla kifayətlənib.

Qeyd edək ki, xatirə turnirinə 3 güləşçi ilə qatılan Azərbaycan yığması yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.

Son xəbərlər

Orphus sistemi