Sərbəst güləşçilərimiz lisenziya turnirində 4 medal qazandı - YENİLƏNİB

Sərbəst güləşçilərimiz lisenziya turnirində 4 medal qazandı - YENİLƏNİB Onun hansı səbəbdən güləşmək istəmədiyi bilinmir
Fərdi
19 Mart , 2021 20:20
Sərbəst güləşçilərimiz lisenziya turnirində 4 medal qazandı - YENİLƏNİB
Hacı Əliyev

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 125 kq-da yarışan Camaləddin Məhəmmədov "bürünc" uğrunda albaniyalı Paris Karepi ilə qarşılaşıb.

Rəqibinə 11:0 hesabı ilə qalib gələn idmançı Azərbaycana lisenziya turnirində 4-cü medalı qazandırıb.

Qeyd edək ki, daha əvvəl Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) gümüş, İslam Bazarqanov (57 kq) isə bürünc medala yiyələnib.

86 kq-da güləşən Abubakr Abakarov isə bürünc medal uğrunda görüşdə Slovakiya təmsilçisi Boris Makoyevə uduzub.

19:38

Azərbaycanın daha bir sərbəst güləşçisi Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 74 kq-da mübarizə aparan Hacımurad Hacıyev tatamiyə çıxmaqdan imtina etdiyi üçün 2-ci yerlə kifayətlənib.

Onun hansı səbəbdən güləşmək istəmədiyi bilinmir.

Qeyd edək ki, Hacı Əliyevlə (65 kq) yanaşı, H.Hacıyev də Tokio olimpiadasına lisenziya əldə edib.

19:27

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində gümüş medal qazanıb.

"Report"un məlumatına görə, 65 kq-dakı idmançı finalda Ermənistan təmsilçisi Vazgen Tevanyana məğlub olaraq, fəxri kürsünün ikinci pilləsinə çıxıb.

Əliyev finala vəsiqə qazanmaqla, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.

19:17

Azərbaycanın sərbəst güləşçisi İslam Bazarqanov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat turnirində bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı moldovalı Petru Krakiun ilə üz-üzə gəlməli idi.

Lakin rəqib döşək üzərinə çıxmaq istəmədiyi üçün Bazarqanova texniki qələbə verilib.

Qeyd edək ki, bu, Azərbaycanın turnirdəki ilk medalıdır.

Son xəbərlər

Orphus sistemi