Güləşçimiz Avropa çempionu oldu

Güləşçimiz Avropa çempionu oldu Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.
Fərdi
29 İyun , 2021 21:31
Güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Almaniyanın Dortmund şəhərində keçirilən gənclərin Avropa çempionatında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, 75 kq çəki dərəcəsində çıxış edən idmançı finalda Moldova təmsilçisi Stanislav Novakla üz-üzə gəlib.

Rəqibinə 7:0 hesabı ilə qalib gələn Bayramov Avropa çempionu olub.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 3 sərbəst güləşçisi finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi