Güləşçilərimiz nüfuzlu yarışlara Göygöldə hazırlaşır

Güləşçilərimiz nüfuzlu yarışlara Göygöldə hazırlaşır Azərbaycanın güləş üzrə milli komandaları növbəti təlim-məşq toplanışına start verib
Fərdi
113
5 Aprel , 2021 14:40
Güləşçilərimiz nüfuzlu yarışlara Göygöldə hazırlaşır

Azərbaycanın güləş üzrə milli komandaları növbəti təlim-məşq toplanışına start verib.

Federasiyadan "Report"a verilən məlumata görə, yunan-Roma, sərbəst və qadın güləşi üzrə yığmalar Göygöl Olimpiya İdman Kompleksində hazırlıq keçir.

19 -25 apreldə Polşanın paytaxtı Varşavada keçiriləcək Avropa çempionatına və 6 - 9 mayda Bolqarıstanın Sofiya şəhərində təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan təlimlərdə əsas diqqət fiziki hazırlığın yüksəldilməsinə ayrılıb.

Qeyd edək ki, hazırlıq prosesi aprelin 10-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi