Yuxarı

​Güləşçi Toğrul Əsgərov Avropanın ən yaxşı idmançısı adına layiq görülüb

O, Olimpiya Komitələri Assosiasiyasının 20-ci Baş Assambleyasında mükafatlandırılıb

Bakı. 30 oktyabr. REPORT.AZ/ 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi, sərbəst güləşçi Toğrul Əsgərov ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının 20-ci Baş Assambleyasında mükafatlandırılıb.

Gənclər və İdman Nazirliyindən "Report"a verilən məlumata görə, idmançı Avropa qitəsi üzrə "Ən yaxşı kişi atleti" adına layiq görülüb.

26 oktyabr tarixindən öz işinə başlayan assambleyada gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-nin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva iştirak edir.

Milli Olimpiya Komitələri Assosiasiyası 206 olimpiya komitəsini birləşdirən qurumdur ki, hər il adı çəkilən təşkilatın Baş Assambleyasında müxtəlif mühüm məsələlərin müzakirəsi ilə yanaşı, Qitə Oyunları üzrə ən yaxşı kişi və qadın idmançıların da mükafatlandırılması mərasimi keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi