Güləşçi Cəbrayıl Həsənov: "Yarımfinal görüşündə hakimlər çox haqsızlıq etdilər"

Güləşçi Cəbrayıl Həsənov: "Yarımfinal görüşündə hakimlər çox haqsızlıq etdilər" "Mən birinci dəfə idi belə şey görürdüm"
Fərdi
315
20 Avqust , 2016 05:19
Güləşçi Cəbrayıl Həsənov: Yarımfinal görüşündə hakimlər çox haqsızlıq etdilər

Bakı. 20 avqust. REPORT.AZ/ "Bu mənim ikinci olimpiadamdı. Birincidə bürünc medalı axırıncı saniyələrdə əldən vermişdim. Olimpiadada kim hazır olursa, o da yaxşı güləşir. Mən də hazır idim, lakin qismət belə oldu".

"Report"un məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında bürünc medal qzanan Azərbaycan güləşçisi Cəbrayıl Həsənov deyib.

Cəbrayıl Həsənov (74 kq.) yarımfinalda rusiyalı Ənvər Geduyevlə görüşünə də toxunub:

"Rus idmançı ilə görüşdə hakimlər haqsızlıq etdilər. Mən 4:0 irəlidə olanda, 5:4 onun xeyrinə qərar çıxardılar. Oyunu 3 dəfə saxladılar və hər dəfə də, o 3-4 dəqiqə istirahət etdi və özünə gəldi. Çox haqsızlıq etdilər, mən birinci dəfə idi belə şey görürdüm. Rus idmançının finalda iranlı ilə görüşünü də çox saxladılar. Ona uduzandan sonra, artıq təsəlliverici görüşlərdə ruh düşkünlüyü var idi".

Son xəbərlər

Orphus sistemi