Güləşçi Cəbrayıl Həsənov Olimpiadada bürünc medal qazanıb

Güləşçi Cəbrayıl Həsənov Olimpiadada bürünc medal qazanıb O, son təsəlliverici görüşdə özbək Bekzod Abduraxmanovu məğlub edib
Fərdi
186
20 Avqust , 2016 01:12
Güləşçi Cəbrayıl Həsənov Olimpiadada bürünc medal qazanıb

Bakı. 20 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Cəbrayıl Həsənov bürünc medal görüşünə çıxıb.

"Report"un məlumatına görə, 74 kq. çəki dərəcəsində son təsəlliverici görüşdə rəqib özbəkistanlı Bekzod Abduraxmanov olub.

Həsənov ilk yarını 4:2 hesablı üstünlüklə başa vurub. İkinci hissədə də üstünlüyünü davam etdirən azərbaycanlı pəhləvan qarşılaşmanı 9:7 hesablı qələbə ilə tamamlayıb.

Beləliklə, Cəbrayıl Həsənov özünün ilk olimpiya medalını, sərbəst güləş yığması adına ikinci bürünc medalı qazanıb. Bu, Azərbaycan yığmasının olimpiadada 13-cü medalı olub.

Son xəbərlər

Orphus sistemi