Güləş yarışlarında inqilabi islahatlar aparılıb

Güləş yarışlarında inqilabi islahatlar aparılıb Hakimlərin geyimləri, güləşçilərin trikoları və döşəyin rəngi dəyişdiriləcək
Fərdi
17 Yanvar , 2015 12:39
Güləş yarışlarında inqilabi islahatlar aparılıb

Bakı. 17 yanvar. REPORT.AZ/ Güləş yarışları zamanı döşək, pəhləvanlar və hakim geyimlərinin rəngi dəyişdiriləcək. "Report"un məlumatına görə, bu barədə Dünya Güləş Birliyinin (UWW) İsveçrənin Lozanna şəhərində keçirilmiş Büro İclasında qərar qəbul olunub. 

İlk dəfə 1972-ci il Münhen Yay Oimpiya Oyunlarından tətbiq olunan ənənəvi sarı və qırmızı rəngli güləş döşəkləri tünd-göy və narıncı rəngliləri ilə əvəzlənəcək. Yeni rənglər teleyayım zamanı tamaşaçı zövqünü oxşamaq məqsədilə seçilib. Hazırda göy və qırmızı rəngli trikolarla çıxış edən güləşçilər vahid dizaynlı formaya keçəcəklər. Bu addım isə daha gənc auditoriyaya hesablanıb. Nəhayət, kostyum və qalstukla görüşləri idarə edən hakimlər indi polo koynək və şalvarda olacaqlar. Hazırda üzərində işlənilən bu qaydalar sərbəst, yunan-Roma və yunan-Roma güləşinə tətbiq olunacaq. Yekun qərar il ərzində qəbul olunacaq. 

Büro üzvləri eyni zamanda Kosovonun UWW-yə müvəqqəti üzv kimi qəbuluna səs veriblər. Nəhayət, qitələr üzrə güləş qurumlarının UWW - Afrika, UWW - Şimali Amerika, UWW - Cənubi Amerika, UWW - Asiya, UWW - Avropa və UWW - Okeaniya kimi adlandırılmasına səs verilib. 

Qeyd edək ki, FİLA-nın Büro üzvü olan Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyev də iclasa qatılıb.  

Son xəbərlər

Orphus sistemi