Yuxarı
    Bağlamaq

    Sabah Dünya Kubokunda Azərbaycan yığmalarının rəqibləri müəyyənləşəcək

    Mərasim İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində baş tutacaq

    Bakı. 13 yanvar. REPORT.AZ/ Sərbəst, yunan-Roma və qadın güləşi üzrə Dünya Kuboku yarışlarının püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, mərasim yanvarın 14-də Bakı vaxtı ilə saat 17:00-da İsveçrənin Lozanna şəhərində yerləşən Olimpiya Muzeyində baş tutacaq.

    Yunan-Roma güləşi üzrə Dünya Kuboku fevralın 19-20-də İranın paytaxtı Tehranda, qadın güləşi üzrə Dünya Kuboku martın 7-8-də Rusiyanın Sankt-Peterburq, sərbəst güləş üzrə Dünya Kuboku isə aprelin 11-12-də ABŞ-ın Los Anceles şəhərində baş tutacaq.

    Qeyd edək ki, ötən ilin dünya çempionatında Azərbaycanın hər üç növ üzrə güləş yığmaları Dünya Kubokunda iştirak haqqı qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi