Yuxarı
    Bağlamaq

    Güləş üzrə Azərbaycan yığmasının dünya çempionatı üçün heyəti açıqlanıb

    Çempionatda Azərbaycan 6 pəhləvanla təmsil olunacaq

    Bakı. 7 dekabr. REPORT.AZ/ Dekabrın 10-da Macarıstanın paytaxtı Budapeştdə start götürəcək qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatı üçün Azərbaycanın güləş yığmalarının heyəti açıqlanıb. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iki gün davam edəcək çempionatda Azərbaycan sərbəst, yunan-Roma və qadın güləşi növlərində hərəyə 2 pəhləvanla təmsil olunacaq. 

    Sərbəst güləş yarışlarında baş məşqçi əvəzi Firdovsi Umudov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Əhmədnəbi Qvarzatilov (61 kq) və Gitinomaqomed Hacıyev (70 kq) çıxış edəcək.

    Yunan-Roma güləşində baş məşqçi əvəzi Akif Əliyev və böyük məşqçi İlqar Abdulovun rəhbərliyi altında Həsən Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) yarışacaq.

    Qadın güləşi yarışlarında isə Alyona Kolesnik (55 kq) və Tatyana Omelçenko (60 kq) mübarizə aparacaq. Onlara baş məşqçi Semyon Çterev və böyük məşqçi Rövşən Umudov rəhbərlik edəcək.

    Hakimlər briqadasında Azərbaycanı Olimpiya dərəcəli hakim Hicran Şərifov və beynəlxalq dərəcəli hakim Asif Şirəliyev təmsil edəcək.

    İlk yarış günündə sərbəst güləşdə 61 kq, qadın güləşində 55 kq, yunan-Roma güləşində isə 71 kq çəkidə qaliblər müəyyənləşəcək. Dekabrın 11-də sərbəst güləşdə 70 kq, qadın güləşində 60 kq, yunan-Roma güləşində isə 80 kq çəkidə idmançılar mübarizə aparacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi