Güləş üzrə Azərbaycan çempionatının ikinci gününün qalibləri müəyyənləşib

Güləş üzrə Azərbaycan çempionatının ikinci gününün qalibləri müəyyənləşib Abşeron Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı start götürüb.
Fərdi
12 fevral 2025 15:43
Güləş üzrə Azərbaycan çempionatının ikinci gününün qalibləri müəyyənləşib

Abşeron Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçirilir.

"Report" xəbər verir ki, ikinci yarış günündə sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kq-da qaliblər müəyyənləşib.

Bəşir Verdiyev (61 kq), İsmayıl Rəhimli (70 kq), Muradxan Omarov (79 kq), Anar Cəfərli (92 kq) və Yusif Dursunov (125 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, sabahdan etibarən 2 gün ərzində yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi