"Grand Chess Tour": Rəcəbov günü qələbə ilə başa vurdu - YENİLƏNİB

"Grand Chess Tour": Rəcəbov günü qələbə ilə başa vurdu - YENİLƏNİB Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Grand Chess Tour" seriyasının ikinci mərhələsində ilk görüşünü keçirib.
Fərdi
208
18 İyun , 2021 20:25
Grand Chess Tour: Rəcəbov günü qələbə ilə başa vurdu - YENİLƏNİB
Teymur Rəcəbov

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində növbəti görüşlərini keçirib.

"Report"un məlumatına görə, II turda qara fiqurlarla fransalı Maksim Vaşye-Laqrava qarşı oynayan 34 yaşlı qrossmeyster 41-ci gedişdə təslim olub.

Təcrübəli şahmatçı günün son oyununda FIDE bayrağı altında çıxış edən Alireza Firuzca ilə üz-üzə gəlib. Bu dəfə "ağlar"la oynayan Rəcəbov 48-ci gedişdə rəqibini məğlub edib.

Qeyd edək ki, ilk üç turdan sonra 3 xalı olan Rəcəbov Fabiano Karuana (ABŞ) və Vaşye-Laqravla birlikdə 5 - 7-ci yerləri bölüşdürür. O, sabah Pyotr Svidler (Rusiya), Uesli So (ABŞ) və Karuana ilə münasibətlərinə aydınlıq gətirəcək.

16:18

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Fransanın paytaxtı Parisdə təşkil olunan rapid üzrə "Grand Chess Tour" seriyasının ikinci mərhələsində ilk görüşünü keçirib.

"Report"un məlumatına görə, 34 yaşlı qrossmeyster Ermənistan təmsilçisi Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov 25-ci gedişdə rəqibi ilə heç-heçəyə razılaşıb.

Təcrübəli şahmatçı bu gün daha 2 görüşdə qüvvəsini sınayacaq. O, ardıcıl olaraq, Maksim Vaşye-Laqrav (Fransa) və Alireza Firuzca (FIDE) ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi