Yuxarı

Gimnastika üzrə Azərbaycan çempionları məlum olub

Marina Durunda ikinci olub

Bakı. 14 may. REPORT.AZ/ Bədii gimnastika üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşib.

"Report"un məlumatına görə, Jalə Piriyeva ölkə çempionluğu uğrunda mübarizədə komandanın lideri Marina Durundanı geridə qoyaraq titula sahib çıxıb.

J.Piriyeva çoxnövçülükdə 73.517 xal toplayaraq böyüklər arasında ilk dəfə olaraq ölkə çempionu adına layiq görülüb. M.Durunda 72.900 xalla gümüş, Gülsüm Şəfizadə isə 69.200 xalla bürünc medal qazanıb.

Gənclərin yarışında Zöhrə Ağamirova birinci, İlahə Məmmədova və Dərya Farşbafşəhriyari isə müvafiq olaraq ikinci və üçüncü olublar. Tamblinq üzrə yarışlarda qaliblər dörd yaş qrupu üzrə mükafatlandırılıb. Kişilər arasında Mixail Malkin (böyüklər), Fərid Mustafayev (gənclər), Adil Hacızadə (yeniyetmələr), Məhəmmədəli Camalov (balacalar), qadınların arasında isə Zeynəb Qasımlı (yeniyetmələr) və Aliyə İsmayılova (balacalar) qalib adını qazanıblar.

Batut gimnastikasında isə kişi gimnastlar 3 yaş qrupunda mübarizə aparıblar. Böyüklər yaş kateqoriyasında yığma komandanın lideri İlya Qrişunin birinci, Oleq Piunov və Dmitriy Fedorovskiy isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi