Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə “Oyuncaqların sərgüzəştləri” adlı Yeni il şousu keçirilib.
“Report”un məlumatına görə, tədbir Milli Gimnastika Arenasında baş tutub.
İlk olaraq gimnastlar şou xarakterli müxtəlif nümunəvi hərəkətlərlə tamaşaçılara həyəcanlı anlar yaşadıblar. İdmançılar çıxışlardan sonra azarkeşləri salamlayıb, gələcəklə bağlı arzularını dilə gətiriblər.
Daha sonra “Oyuncaqların sərgüzəştləri” adlı Yeni il şousu nümayiş etdirilib.




