Gənclər və İdman Nazirliyinin yeni loqosu təqdim olunub

Gənclər və İdman Nazirliyinin yeni loqosu təqdim olunub Gənclər və İdman Nazirliyinin yeni loqosu ictimaiyyətə təqdim olunub.
Fərdi
399
18 Mart , 2022 12:04
Gənclər və İdman Nazirliyinin yeni loqosu təqdim olunub

Gənclər və İdman Nazirliyinin yeni loqosu ictimaiyyətə təqdim olunub.

"Report"un məlumatına görə, bununla əlaqədar Bakı Gənclər Mərkəzində tədbir təşkil olunub.

Mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov, olimpiya və paralimpiya çempionları, idman ictimaiyyətinin nümayəndələri və fəal gənclər iştirak ediblər.

Qayıbov bildirib ki, loqonu dəyişməyi düşünüblər və 100-dək variant arasından qalib loqo seçilib: "Düşündük ki, müasir loqoya ehtiyac var. Xeyirli olsun. Düşünürəm ki, yeni loqo müasir tələblərə cavab verir. Fürsətdən istifadə edib bütün gənclərimizi və idmançılarımızı Novruz bayramı münasibətilə təbrik edirəm".

Daha sonra Paradoks Dizaynın rəhbəri Şamil Ramazanov loqonu təqdim edib. O bildirib ki, 20 ildir istifadə olunan loqonun dəyişikliyə ehtiyacı olub. Ramazanovun sözlərinə görə, yeni loqo nazirliyin fəaliyyətini və baxışını əks etdirməli, yaddaqalan və digərlərindən fərqlənən olmalı, müasir tələblərə uyğun, uzun müddət aktual qalmalıdır.

Son xəbərlər

Orphus sistemi