Gənclər və idman naziri daha bir federasiyanın fəaliyyəti ilə tanış olub

Gənclər və idman naziri daha bir federasiyanın fəaliyyəti ilə tanış olub Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasının (AGF) fəaliyyəti ilə tanış olub.
Fərdi
142
23 Sentyabr , 2021 18:28
Gənclər və idman naziri daha bir federasiyanın fəaliyyəti ilə tanış olub

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasının (AGF) fəaliyyəti ilə tanış olub.

Federasiyadan "Report"a verilən məlumata görə, tanışlıq zamanı nazir idmançıların məşq prosesini izləyib, onlar üçün yaradılmış şəraitlə yaxından maraqlanıb.

Daha sonra F.Qayıbov federasiyanın maddi-texniki bazasına baxış keçirib.

AGF-nin prezident əvəzi, Dünya Güləş Birliyinin Büro üzvü Namiq Əliyev nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib. Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Namiq Abdullayev, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və güləş federasiyasının baş katibi Orxan Məmmədov iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi