Gənclər və İdman Nazirliyinin rəsmisi Avropa Şurasında rəhbər vəzifəyə seçilib

Gənclər və İdman Nazirliyinin rəsmisi Avropa Şurasında rəhbər vəzifəyə seçilib Gənclər və İdman Nazirliyinin sektor müdiri Məryəm Qafar-zadə Avropa Şurasının Anti-Dopinq Konvesiyasına uyğunluq üzrə Məsləhət Qrupunun rəhbəri seçilib.
Fərdi
25 Oktyabr , 2019 16:39
Gənclər və İdman Nazirliyinin rəsmisi Avropa Şurasında rəhbər vəzifəyə seçilib

Gənclər və İdman Nazirliyinin sektor müdiri Məryəm Qafar-zadə Avropa Şurasının Anti-Dopinq Konvesiyasına uyğunluq üzrə Məsləhət Qrupunun rəhbəri seçilib.

Nazirliyin mətbuat katibi Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, səsvermə Fransanın Strasbur şəhərindəki 51-ci Monitorinq Qrupunun iclacında iştirakçı 27 ölkənin səsverməsi nəticəsində gerçəkləşib. 

Avropa Şurasının Anti-Dopinq Konvesiyasinin üzv dövlətlərin Konvesiyaya uyğunluğunun müəyyən edilməsi, uyğunluğun monitorinqinin təmin edilməsi, nəticələrin Monitorinq Komitəsinə təqdimatı, Konvensiyanın tətbiqində ölkələrə yardımın göstərilməsi M.Qafar-zadənin əsas iş istiqamətlərindən olacaq. O daha əvvəl 8 il ərzində Avropa Şurasında Beynəlxalq layihələrin rəhbəri vəzifəsində çalışıb.

Qeyd edək ki, Avropa Şurasının Anti-Dopinq Konvensiyasına 52 ölkə qoşulub. 

Son xəbərlər

Orphus sistemi