Yuxarı
    Bağlamaq

    Gənclər və İdman Nazirliyində Kolumbiyanın qızlardan ibarət voleybol komandası ilə görüş keçirilib

    Tədbir Kolumbiya ilə bədən tərbiyəsi və idman sahəsində mübadilə çərçivəsində baş tutub

    Bakı. 15 noyabr. REPORT.AZ/ Bakıda səfərdə olan Kolumbiyanın qızlardan ibarət voleybol komandası ilə bu gün Gənclər və İdman Nazirliyində görüş keçirilib.

    Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın "Report"a verdiyi məlumata görə, tədbir Kolumbiya ilə bədən tərbiyəsi və idman sahəsində mübadilə çərçivəsində baş tutub. 

    Görüşdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin Aparat rəhbəri Rüfət Həsənov, idman şöbəsinin müdiri Fərid Mansurov və digər rəsmilər iştirak ediblər.

    Kolumbiya tərəfdən missiya rəhbəri, Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Marta Qalindo, Kolumbiya Xarici İşlər Nazirliyinin Mədəniyyət İdarəsinin əməkdaşı Andre Alfonso və digərləri təmsil olunub.

    İ.İsmayılov son illər Azərbaycanda idman sahəsində görülən işlər, imzalanan dövlət qanunları, həyata keçirilən beynəlxalq səviyyəli idman yarışları və s. barədə məlumat verib. Nazir müavini voleybolun ölkədə çox böyük maraqla izlənildiyini, federasiya və nazirlik tərəfindən bu idman növünün inkişafı istiqamətində sıx əməkdaşlıq aparıldığını diqqətə çatdırıb: "Voleybolçu xanımların noyabrın 26-dək ölkəmizdəki səfəri çərçivəsində İçərişəhər, Qız Qalası, Şirvanşahlar sarayı kimi tarixi məkanları görmələri, Naxçıvan MR, Gəncə, Qəbələ, Qax, Şəki şəhərlərini və ölkəmizin digər tarixi məkanlarını ziyarət etmələri qonaqların Azərbaycanı ən xoş xatirələrlə yaddaşlarına həkk etmələrinə səbəb olacaq".

    Xanım Galindo öz növbəsində qonaqpərvərliyə görə Azərbaycan hökumətinə dərin təşkkürünü bildirib. O qeyd edib ki, Kolumbiyanın qızlardan ibarət uşaq voleybol komandasının regionlarda yoldaşlıq görüşləri keçirmələri ölkələr arasında sıx münasibətlərin qurulmasına, eyni zamanda bu idman növünün inkişafına müsbət təsir göstərəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi