Gənclər və İdman Nazirliyi Operativ Qərargahın qərarını gözləyir

Gənclər və İdman Nazirliyi Operativ Qərargahın qərarını gözləyir Gənclər və İdman Nazirliyi idman qurğularının açılması və yarışların bərpası üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyir.
Fərdi
1150
18 May , 2020 16:26
Gənclər və İdman Nazirliyi Operativ Qərargahın qərarını gözləyir
0 : 00
0 : 00

Gənclər və İdman Nazirliyi idman qurğularının açılması və yarışların bərpası üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarını gözləyir. 

Bu barədə "Report"a Nazirliyin Mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, hələlik stadionlar da daxil olmaqla idman qurğularına dair heç bir qəti qərar yoxdur. 

Nazirlik rəsmisi Operativ Qərargahın idman qurğularının açılması ilə bağlı qərarından sonra fikir bildirəcəklərini söyləyib: "Qərar yoxdursa, hələ ki bu barədə danışa bilməyəcəyik. Operativ Qərargahın qərarından sonra bu mövzuda fikir söyləmək olar". 

Qeyd edək ki, Azərbaycanda martın 13-də bütün kütləvi idman tədbirləri qeyri-müəyyən müddətədək təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi