Gənclər və İdman Nazirliyi: "Ermənistan cüdoçularının Azərbaycana gəlməkdən çəkinmə səbəblərini özlərindən soruşmaq lazımdır”

Gənclər və İdman Nazirliyi: "Ermənistan cüdoçularının Azərbaycana gəlməkdən çəkinmə səbəblərini özlərindən soruşmaq lazımdır” Səmayə Məmmədova: "Təhlükəsizliklə bağlı zəmanət məktubu vaxtında təqdim edilib"
Fərdi
5 Sentyabr , 2018 16:48
Gənclər və İdman Nazirliyi: Ermənistan cüdoçularının Azərbaycana gəlməkdən çəkinmə səbəblərini özlərindən soruşmaq lazımdır”

Bakı. 5 sentyabr. REPORT.AZ/ “Ermənistan tərəfi bu dəfə də cəfəngiyyat və qarayaxma ilə məşğuldur. Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının startına bir neçə gün qalmış Ermənistan tərəfi Azərbaycanın təhlükəsizlik məsələlərinə zəmanət verməməsi və bununla əlaqədar olaraq, idmançıların ölkəmizə gəlməmələri ilə bağlı yalan fikirlər səsləndirir”.

“Report” xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Ermənistan yığmasının 20 - 27 sentyabrda Bakıda keçiriləcək dünya çempionatında iştirakdan imtina etmələrinə münasibət bildirərkən deyib.

Nazirlik rəsmisi dünya çempionatında idmançıların təhlükəsizliyi ilə bağlı zəmanət məktubunu Ermənistana təqdim etdiklərini söyləyib: “İllər öncə Azərbaycan və Ermənistanda keçirilmiş yarışlar zamanı idmançıların təhlükəsizliyinin təmin edilməsi məqsədilə iki ölkə arasında xüsusi format mövcud olub. Bu formata əsasən, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitələrinin rəsmilərinin iştirakı ilə hər iki ölkə nümayəndəsi qarşılıqlı səfərlər çərçivəsində təhlüksizliyin təmin edilməsinə dair sənədə imza atırdılar. Son illər ərzində isə rəsmilərin gediş-gəlişinin azaldılması məqsədi ilə idmançıların təhlükəsizliyinin təminatı üçün hər iki ölkə tərəfindən biri-birinə dövlət səviyyəsində zəmanət məktubları təqdim edilir. Bu dəfə də Azərbaycan hökuməti qaydalara əməl edərək Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatında idmançıların təhlükəsizliyi ilə bağlı zəmanət məktubunu vaxtında Ermənistana təqdim edib. Ermənistan idmançılarının Azərbaycana gəlməkdən çəkinmə səbəblərini özlərindən daha dəqiq soruşmaq lazımdır”.

Son xəbərlər

Orphus sistemi