Yuxarı

Gənclər təşkilatları arasında peyntbol çempionatının püşkatması olub

Martın 1-də başlayacaq çempionat ümummilli lider Heydər Əliyevin doğum günündə yekunlaşacaq

Bakı. 20 fevral. REPORT.AZ/ Bü gün "İRƏLİ" İctimai Birliyinin ofisində "Gənclər Təşkilatları arasında Peyntbol idman növü üzrə çempionat"ın püşkatma mərasimi baş tutub. 

"Report" xəbər verir ki, 20 gənclər təşkilatı nümayəndələrinin iştirakı ilə həyata keçirilən püşkatma prosesində çempionatın komandalar cədvəli müəyyənləşdirilib.

Martın 1-də başlayacaq çempionat ümummilli lider Heydər Əliyevin doğum günündə - may 10-da yekunlaşacaq. 

Xatırladaq ki, çempionat Azərbaycan Gənc Hüquqşünaslar Birliyi və Gənclər üçün Təhsil Mərkəzinin təşkilatçılığı, Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Respublikası Peyntbol Federasiyasının təşkilatı dəstəyi ilə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi