Bakı. 31 may. REPORT.AZ/ Sərhədçi İdman Olimpiya Kompleksində U-23 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyinə yekun vurulub. Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparıb.
İki gün davam edən paytaxt birinciliyində qalib idmançılar medal və diplomlarla mükafatlandırlıb. Fəxri kürsünün yüksək pillələrinə qalxan cüdoçulara mükafatları Azərbaycan Cüdo Federasiyasının rəsmiləri və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri təqdim edib.