Gəncədə təntənəli “Su festivalı” keçirilib - FOTO

Gəncədə təntənəli “Su festivalı” keçirilib - FOTO IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin növbəti ünvanı Gəncə olub
Fərdi
186
19 Aprel , 2017 23:33
Gəncədə təntənəli “Su festivalı” keçirilib - FOTO

Gəncə. 19 aprel REPORT.AZ/ Xəzər dənizindən start götürən “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahəti çərçivəsində Gəncədə təntənəli “Su festivalı” keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, Heydər Əliyev Parkındakı Amfiteatrda keçirilən tədbirində minlərlə sakin iştirak edib.

Tədbirdə IV İslam Həmrəyliyi Oyunlarının ulduz səfiri Tünzalə Ağayeva çıxaraq müxtəlif mahnılar ifa edib. Daha sonra Gəncə Şəhər Musiqi Kollecinin tələbələrinin ifasında milli mahnılar səsləndirilib.

"Mirvari" rəqs qrupu və "Buta" vokal ansamblının ifası ilə davam edən festivalda möhtəşəm su effektləri də izləyicilərə nümayiş olunub. Tədbir möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Son xəbərlər

Orphus sistemi