Gəncədə İdman Sarayının tikintisi davam etdiriləcək - SƏRƏNCAM

Gəncədə İdman Sarayının tikintisi davam etdiriləcək - SƏRƏNCAM Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Fərdi
24 iyun 2020 12:42
Gəncədə İdman Sarayının tikintisi davam etdiriləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev Gəncə şəhərində İdman Sarayının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Dövlət başçısının digər sərəncamı ilə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.53.3-cü yarımbəndində göstərilmiş məbləğin 3,8 milyon manatı Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılıb.

Son xəbərlər

Orphus sistemi